Yeddi qol, iki penalti, bir “qırmızı”: “Qarabağ” “Sabah”ı çətinliklə MƏĞLUB EDİB + VİDEO

 11-09-2022

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura tura yekun vurulub.

“Report”un məlumatına görə, günün ikinci oyununda “Qarabağ” “Sabah”ı qəbul edib.

“Azersun Arena”dakı qarşılaşma meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə bitib.

Görüşdə hesab 29-cu dəqiqədə açılıb. “Köhlən atlar”ın heyətində Musa Qurbanlı fərqlənib. 33-cü dəqiqədə Emmanuel Apeh bərabərlik qoluna imza atıb. 43-cü dəqiqədə “Sabah”ın müdafiəçisi Abdulaye Ba ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Son ölkə çempionu 2-ci yarıya daha fəal başlayıb. 51-ci dəqiqədə Elvin Cəfərquliyev növbəti dəfə rəqibi mərkəzə dəvət edib. 60-cı dəqiqədə Coy Lens Mikels paytaxt təmsilçisinin 2-ci qolunu vurub. 69-cu dəqiqədə isə Aleksey Kaşuk meydan sahiblərini növbəti dəfə mərkəzə dəvət edib. 84 və 90+4-cü dəqiqələrdə Ramil Şeydayev penaltini dəqiq yerinə yetirib. 90+5-ci dəqiqədə “Sabah”ın baş məşqçisi Murad Musayev hakimə kəskin etiraz etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Rəqiblərindən bir oyun az keçirən “Qarabağ” xallarının sayını 15-ə yüksəldib və “Neftçi”yə çatıb. 13 xala malik “Sabah” isə 3-cü sıradadır.

Qeyd edək ki, günün digər görüşündə “Sumqayıt” evdə “Şamaxı” ilə heç-heçə oynayıb - 1:1.

Turun əvvəlki oyunlarında “Turan Tovuz” “Kəpəz”i 2:0, “Neftçi” səfərdə “Qəbələ”ni, “Zirə” isə “Səbail”i 2:1 hesabı ilə yenib.

Xallarının sayını 3-ə çatdıran “gənclik şəhəri” təmsilçisi 8-ci, 2 xala malik Şamaxı klubu isə 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, günün digər görüşündə “Qarabağ” “Sabah”ı qəbul edəcək.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Turan Tovuz” “Kəpəz”i 2:0, “Neftçi” səfərdə “Qəbələ”ni, “Zirə” isə “Səbail”i 2:1 hesabı ilə yenib.

Bənzər yazılar

0.20822787284851