Bu ilin ilk 9 ayında Azərbaycanda muzdla çalışan işçilər arasında ən yüksək əmək haqqını xam neft və təbii qaz hasilatı sahəsinə işləyənlər alır.
Ölkə.az Yeniavaz.com-a istinadən xəbər verir ki, bu sahədə işləyən muzdlu işçilər ayda orta hesabla 3 min 724,8 manat əmək haqqı alırlar.
Qeyd edək ki, ay ərzində 2 min manatdan yüksək əmək haqqını aşağıdakı sahələrdə işləyənlər alır:
Xam neft və təbii qaz hasilatı – 3 724,8 manat
Metal filizlərinin hasilatı – 2 141,4 manat
Su nəqliyyatının fəaliyyəti – 2 231,4 manat
Maliyyə fəaliyyəti (sığorta və pensiya təminatı üzrə xidmətlərdən başqa) – 2738,5 manat
Sığorta, təkrar sığorta və pensiya təminatı – 2 920,4 manat
Mərkəzi ofislərin fəaliyyəti və idarəetmə sahəsində fəaliyyət – 3230,6 manat
Reklam fəaliyyəti və bazarın öyrənilməsi – 2 215 manat
Qumar oyunlarının təşkili və mərс çəkmək üzrə fəaliyyət – 2 504,2 manat