Yunanların atəşə tutduğu gəmi Çanaqqala BOĞAZINDA: "Anadolu" gəmisinin 18 nəfərlik heyətindən heç kim xəsarət ALMAYIB - VİDEO

 11-09-2022

Yunanıstan hərbçilərinin Bozcaada yaxınlığında atəşə tutduqları Türkiyə gəmisi Çanaqqala boğazında lövbər salıb.

Yeniavaz.com “Anadolu” agentliyinə istinadla xəbər verir ki, "Anadolu" gəmisi 18 nəfərlik heyətlə boğaza gəlib.

Sahil Mühafizəsi Komandanlığına məxsus 2 qayıqla müşayiət olunan rolker tipli gəmi Karanlıq limanına lövbər salıb.

Qeyd edək ki, dünən Bozcaadanın 11 mil cənubunda “Anatolian” adlı rolker tipli gəmiyə Yunanıstan hərbçiləri tərəfindən atəş açılıb. Türkiyənin Sahil Mühafizə Xidmətinin katerləri hadisə yerinə gələnədək yunanlar ərazini tələsik tərk ediblər.

Gəminin göyərtəsindəki 18 nəfərlik heyətin beşi Azərbaycan, üçü Türkiyə vətəndaşı olub. Heyətdən heç kim xəsarət almayıb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, heyətdə 6 Misir, 4 Somali, 5 Azərbaycan və 3 Türkiyə vətəndaşı olub.

 

Bənzər yazılar

0.4514479637146