Komitə sədri Hicran Hüseynova: "Qadınların işləməməsinin əsas səbəblərindən biri budur"

 20-11-2024

Ölkə əhalisinin 47,5 faizini qadın təşkil etsə də, təəssüflər qeyd etmək istərdim ki, qadınların  böyük hissəsi əmək bazarında iştirak etmir.

Ölkə.Az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlament komitələrinin birgə iclasında 2025-ci il büdcə layihəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri qadınların əmək bazarında azlığının ən əsas səbəblərindən biri kimi respublikada yetəri sayda məktəbəqədər təhsil müəssisələrinin olmaması ilə izah edib.  “Son illərdə məktəbəqədər təhsil müəssisələrinin sayında artım olsa da, lazımı səviyyədə deyil. Bu bizi narahat etdiyindən məktəbəqədər təhsil müəssisələrinin sayı artırılmalıdır”, - deputat qeyd edib.

Deputat digər problem kimi ölkədə qadın məsləhətxanalarının sayının sürətlə azalmasını dilə gətirib: “Əgər 2000-ci ildə respublikada 313 qadın məsləhətxanası fəaliyyət göstərirdisə, 2023-cü ildə bunun sayı təqribən 3 dəfə azalaraq 106-ya enib. Son illərdə ana və uşaq ölümünün sayının artması fonunda qadın məsləhətxanalarının artırılmasına və həmin məsləhətxanaların peşəkar kadrlarla təmin olunmasına ciddi ehtiyac var. Bu eyni zamanda qadınların işlə təmin olunmasına öz töhfəsini verər”.


 

Bənzər yazılar

0.055579900741577