Birləşmiş Krallıq universitetlərinin gənclərin imkanlarını iqlim dəyişikliyi ilə əlaqədar artırması

 16-11-2024

COP29-un ilk həftəsində British Council Birləşmiş Krallıq Pavilyonundakı auditoriyalarla qarşılıqlı əlaqədə olaraq İqlim Strategiyasını, bu strategiyada iştirak etmək yollarını paylaşmış, insanların təhsil, ingilis dilinin tədrisi, incəsənət və mədəniyyətin köməyi ilə iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün birləşdirilməsinə istiqamətlənmiş tədbirləri nümayiş etdirmişdir.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyasının (COP29) birinci hissəsi sona çatıb. Bu müddətdə iqlimlə bağlı məlumatlılıq, iqlimin təsiri və iqlim problemlərinin həllinə həsr edilmiş bir sıra tədbirlər, konfranslar, panel müzakirələri və mədəni tədbirlər keçirilmişdir. Birinci həftə ərzində baş tutmuş tədbirlərdən göründüyü kimi, British Council-ın COP29-da iştirakı təhsil, incəsənət, mədəniyyət və bacarıqların iqlim dəyişikliyi probleminin həllində oynadığı vacib rolu vurğulayır.

Ön sıralarda yer alan gənclər

COP29 ərəfəsində BMT-nin İqlim Dəyişmələri üzrə Gənclər Konfransı (COY19) gənclərin səsini çatdırması üçün Bakıda 400 gənc nümayəndəni bir araya gətirib. British Council bu tədbirə "Gənclərin inklüziv keçid üçün başlıca bacarıqlarının müəyyən edilməsi" adlı interaktiv seminarla töhfə vermiş və seminar çərçivəsində gənclərdən və iqlimlə bağlı araşdırmalardan əldə etdiyi nəticələri paylaşmışdır.

"Gənclər iqlimlə bağlı tədbirlərin gələcəyinin formalaşmasında böyük rol oynayır. Gənclərin imkanlarının artırılması dayanıqlı gələcəyə nail olmağın rəhnidir – hər bir gəncin səsi iqlim dəyişikliyi ilə mübarizədə dəyişikliklərə nail olmaq üçün təkanverici qüvvə rolu oynayır. British Council qlobal miqyasda ciddi dəyişikliklərə təkan vermək üçün gənc liderləri dəstəkləmək amalına sadiqdir" – deyə British Council-ın Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva bildirib.

Gənc Məruzəçilər Akademiyası (YNA) 45 ölkədən olan 53 gənc məruzəçiyə təlim keçib və onlara COP29 çərçivəsində millətlərini təmsil etmək üçün bacarıq və imkanlar verib. Təlim British Council-ın dəstəyi ilə keçirilən, 2024-cü ildə 63 ölkədən 257 gəncin təlim keçməsini təmin etmiş, bir ildir davam edən İqlim üzrə Gənc Məruzəçilər Proqramının bir hissəsidir.

Təhsil və Əməkdaşlıq

Edinburq Universiteti və Şotlandiyanın "Learning for Sustainability" mərkəzi ilə əməkdaşlıqla iki həftəlik Dayanıqlı gələcək üçün təlim – COP29-da canlı kurs onlayn kursuna start verilib. Kursda iqlim sahəsində ixtisaslaşan qlobal ekspertlər və gənclər fikirlərini real zamanda paylaşıb.

Ekseter Universiteti və British Council-ın birlikdə ev sahibliyi etdiyi "İqlim böhranında: Təhsil, elm və mədəniyyətin yaradıcı yanaşmalarla birləşdirilməsi" paneli Azərbaycanda incəsənət, təhsil və irs arasında əlaqələr yaradan "We Are the Possible" proqramını vurğulayıb.

Proqram aşağıdakıları əhatə edib:

  •    • COP29-un davam etdiyi 12 gün üçün 12 hekayə – iqlim problemlərinin nəzərdən keçirildiyi və tədbirlərin görülməsinə ilham verən qısa hekayələr.
  •      •  İqlimlə bağlı tədbirlərin görülməsinin zəruriliyini çatdırmaq üçün hazırlanmış dayanıqlı teatr tamaşası "Bright Light Burning" (Parlaq işıqların sayrışması).
  •     •  Schools Across the Ocean" (Okeanın fərqli tərəflərində olan məktəblər) – Birləşmiş Krallıq, BƏƏ və Azərbaycandan olan uşaqların birlikdə hazırladığı multiplikasiya filmi və mesajlar.

Bu təşəbbüs British Council, Birləşmiş Krallığın Bakıdakı səfirliyi, Meteorologiya xidməti, habelə İncəsənət və Humanitar Elmlər üzrə Tədqiqat Şurası tərəfindən maliyyələşdirilib. Daha ətraflı məlumat almaq üçün "We Are the Possible" proqramının veb-səhifəsini burada izləyin.

İqlim dəyişikliyi ilə mübarizə aparan universitetlər

British Council ilə əməkdaşlıq şərtlərində təşkil edilmiş, "Scotland beyond Net Zero" fondunun iqlim dəyişikliyi ilə mübarizəyə istiqamətlənmiş maliyyələşdirmə, qlobal dayanıqlılıq sahəsində liderlik, dayanıqlılıq naminə təlim üzərində necə işləməsinə istiqamətlənmiş "İqlim dəyişikliyi ilə mübarizə aparan universitetlər – "Scotland Beyond Net Zero" fondunun təqdimatında" adlı panel müzakirəsində universitetlərin iqlim dəyişikliyi ilə necə mübarizə aparması nəzərdən keçirilib.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld COP29-un birinci həftəsində reallaşdırılmış təşəbbüslərdən məmnunluğunu ifadə edərək bildirib: "Missiyamız çox aydındır: indi və gələcəkdə hər kəsin yaşamasının mümkün olduğu planet".

ent-1 ent-2 ent-3 ent-4

Bənzər yazılar

0.05693793296814