Hizbullah İsrail MN-in binasına hücum etdi

 13-11-2024

Hizbullah ilk dəfə olaraq İsrail Müdafiə Nazirliyinin ərazisinə PUA-larla hücum edib.

Ölkə.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə hərəkatdan məlumat verilib.

“İslami müqavimət döyüşçüləri ilk dəfə olaraq İsrail Müdafiə Nazirliyi və Baş Qərargahı, eləcə də Hərbi Hava Qüvvələrinin komandanlıq qərargahının yerləşdiyi Təl-Əvivdəki Hakirya bazasına bir qrup kamikadze PUA ilə hücum ediblər”, - məlumatda qeyd olunub.

Məlumata görə, Livan sərhədindən 55 km aralıda yerləşən Afula şəhərindəki Amus logistika bazasına da PUA hücumu edilib.

Bənzər yazılar

0.11339497566223