Ronaldinyo COP29 məkanındakı pavilyonları ziyarət edib

 13-11-2024

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo Bakıda COP29 məkanındakı pavilyonları ziyarət edib.

Ölkə.az xəbər verir ki, futbolçu həmçinin Heydər Əliyev Fondunun stendinə baxıb.

Qeyd edək ki, Ronaldinyo 2002-ci ildə dünya çempionu olub. Peşəkar karyerasına ölkəsində, "Qremio"da başlayan 44 yaşlı keçmiş yarımmüdafiəçi Fransada PSJ, İspaniyada "Barselona", İtaliyada "Milan" kimi klubların formasını geyinib.

O, 1999-2013-cü illərdə Braziliya yığmasında 97 matçda 33 qolla yadda qalıb.

Bənzər yazılar

0.18011808395386