"Bolt" gediş haqqını 2 dəfə çıxmağa başlayıb - DİQQƏT

 13-11-2024

"Bolt" taksi şirkəti bir gediş haqqını iki dəfə çıxmağa başlayıb.

Ölkə.az xəbər verir ki, bu barədə Milli.Az-a sərnişinlər məlumat veriblər. 

Sərnişinlər qeyd edirlər ki, son günlər "Bolt" gediş haqqını iki dəfə çıxır.

"Belə ki, eyni məsafə üçün hesablanmış gediş haqqı 2 dəfə çıxılır, sonradan isə pulun balansa qaytarılacağı bildirilir", - deyə sərnişinlər qeyd ediblər.

Şirkətdən isə rəsmi olaraq bildirilib ki, əlavə məbləğ avtorizasiya məqsədi ilə tutulur və karta geri qaytarılır. Hazırda bütün müştərilərdən avtorizasiya
məbləği tutulur. Məbləğ 14 iş günü müddətində kart hesabına geri qaytarılır.

Məqsəd kart etibarlılığını yoxlamaq (saxta və ya icazəsiz istifadənizi minimuma endirmək kimi) üçün müvəqqəti kart və kart məlumatının yoxlanışını (avtorizasiyanı) həyata keçirməkdir". 

Bənzər yazılar

0.16316699981689