Fransadan İsrailə nota: Tədbir görəcəyik

 13-11-2024

Şərqi Qüdsdə noyabrın 7-də İsrail polisinin Fransa konsulluğunda işləyən iki fransız jandarmını saxlaması iki ölkə arasında gərginliyin dərinləşməsinə səbəb olub.

Ölkə.Az xəbər verir ki, fransız jandarmının saxlanmasından sonra İsrailin Parisdəki səfiri Coşua Zarka Fransa Xarici İşlər Nazirliyinə çağırılıb.

Nazirliyin yazılı açıqlamasında silahlı İsrail polisinin Fransa ərazisi olan Şərqi Qüdsdəki Pater Noster kilsəsinə girməsinin və diplomat statuslu iki fransız jandarmını saxlamasının qəbuledilməz olduğu bildirilib.

Açıqlamada həmçinin qeyd edilib ki, belə hadisələrin təkrarlanmaması üçün tədbirlər görüləcək.

Mürtəza
Ölkə.Az

Bənzər yazılar

0.11373996734619