Ən çox biznes kreditini hansı sahibkarlıq subyektləri götürür? - SİYAHI

 02-11-2024

Ötən ayın sonuna olan məlumata görə, bizneslərə verlən kreditin ümumi məbləği 14 milyard 407 milyon 900 min manat olub.

Ölkə.az Mərkəzi Bankın açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, bu, avqust ayı ilə müqayisədə 408,1 milyon manat və ya 2,9 % çoxdur. 

Cari ilin avqustun sonun olan məlumata görə, bizneslərə verlən kreditin ümumi məbləği 13 milyard 999 milyon 800 min manat olub.

Yəni, təkcə sentyabr ayı ərzində bizneslərə 408,1 milyon manat kredit verilib. Verilən kreditlərin sahibkarlıq subyektləri üzrə bölgüsü aşağıdakı kimidir:

217,3 milyon manatı iri sahibkarlıq subyektlərinə
31,7 milyon manatı orta sahibkarlıq subyektlərinə
89,2 milyon manatı kiçik sahibkarlıq subyektinə
69,8 milyon manatı isə mikro sahibkarlıq subyektlərinə

Bənzər yazılar

0.12737417221069