Azərbaycanda alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müəyyənləşdiriləcək.
Bununla bağlı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna dəyişiklik nəzərdə tutulur.
Qanunun 29-1 maddəsinə təklif olunan dəyişiklikdə alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən olunması nəzərdə tutulur:
"29-1.1. Alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
29-1.2. Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunur.
29-1.3. Pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağandır”.
Məsələ Milli Məclisin oktyabrın 29-da keçiriləcək plenar iclasında ikinci oxunuşda müzakirə olunacaq.