Azərbaycan Mərkəzi Bankı tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi “Paşa Sığorta” ASC olub.
Yeniavaz.com xəbər verir ki, “Paşa Sığorta” ASC Mərkəzi Bankın əməkdaşları üçün könüllü tibbi sığorta xidmətini təqdim edəcək.
Mərkəzi Bank ümumilkdə 901 əməkdaşın, həmçinin bu əməkdaşların 648 nəfər ailə üzvünün tibbi sığorta xidməti üçün “Paşa Sığorta”ya 818 min 96 manat ödəyəcək.
Məlumat üçün bildirək ki, 885 əməkdaş üçün standart paket (minimum 5 000 manat), 16 əməkdaş üçün isə VIP paket (minimum 10 000 manat) nəzərdə tutulur. Bundan başqa, əməkdaşların ailə üzvləri üçün nəzərdə tutulan paketin 632-si standart, 16-sı isə VİP paket olacaq.
Onu da qeyd edək ki, Mərkəzi Bank əməkdaşlarının tibbi sığortası zamanı 16 nəfərlik VİP paketlərin kimlər üçün nəzərdə tutulduğunu açıqlamayıb. Lakin, xatırladaq ki, hazırda
Mərkəzi Bankın rəhbərliyində 15 nəfər şəxs təmsil olunur. Bunlara Mərkəzi Bankın sədri və onun 2 müavini ilə 3 müşaviri, həmçinin 9 baş direktor daxildir.
Əməkdaşların ailə üzvləri üçün nəzərdə tutulan 16 nəfərlik VIP paketin isə hansı əməkdaşlar üçün nəzərdə tutulduğu bilinmir.