Bu gün səhər saatlarında paytaxt Bakıya yağan yağış növbəti dəfə bir sıra fəsadlarla yadda qalıb.
"AzPolitika" xəbər verir ki, yağıntının ötən günlərə nisbətən zəif və cəmi 1-2 saat davam etməsinə baxmayaraq, əksər küçə və prospektlərdə yerləşən yollar və tunellər bu dəfə də suya qərq olub.
Sabunçu Dəmir Yolu Vağzalı ətrafındakı ərazi suyun altında qalıb. Bununla bağlı kadrlar sosial şəbəkələrdə yayılıb. Eyni zamanda 2 nəfərin boğularaq öldüyü tuneli də su basıb və ora giriş-çıxış bağlanıb.
Bundan başqa, Nərimanov rayonu ərazisindəki tuneldə də su toplanıb. Hətta mərkəzi yollarda belə yağış suları maşınların və piyadaların hərəkətinə mane olub.
Ötən həftə olduğu kimi, bu dəfə də Sabunçu Dəmiryol Vağzalının qarşısı su altında qalıb.
Bu barədə "Telegram" kanallarında paylaşılan görüntülərdə vağzalın qarşısının tamamilə su ilə dolduğu, avtomobil və piyadaların hərəkətində problemlərin yaşandığı görünüb.
Həmin görüntüləri təqdim edirik: