Yaşadığı ünvan üzrə qeydiyyata DÜŞMƏYƏNLƏR - Kirayədə qalanlar sənədləşdirmə üçün nə etməlidirlər?

 19-10-2024

Kirayədə qalanları maraqlandıran məsələlərdən biri də qanuni proseslərdir. Ötən il Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib ki, ölkədə yaşadığı ünvan üzrə qeydiyyata düşməyən vətəndaşlar cərimələnəcək.

Bəs kirayədə qalanların sənədləşdirmə işləri necə olmalıdır?

Hüquqşünas Ramil Süleymanov Bizim.Media-ya kirayədə qalan vətəndaşların sənədləşdirmə prosesini izah edib.

“Əgər kimsə kirayə verirsə, bununla bağlı notarial qaydada təsdiq olunmuş kirayə müqaviləsi imzalanmalıdır. Buna görə, qanunvericiliklə ödəmə mənbəyindən tutulan vergi tətbiq olunur və bunun məbləği rəsmi daxil olan məbləğin 14 faizi həcmində müəyyən olunur. Qeyd edim ki, kirayədə qalan adamlar mütləq bir ay ərzində yaşadıqları ərazi üzrə polis idarəsində sənədlərini təqdim etməklə və kirayə müqaviləsini təqdim etməklə müvəqqəti qeydiyyata düşə bilərlər”.


Cərimələnə bilərsiz

Hüquqşünas bildirib ki, əks təqdirdə cərimə ilə qarşılaşa bilərsiniz:

“Əgər kirayədə qalanlar qeydiyyatı etdirməsələr, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563.1-ci maddəsinə əsasən xəbərdarlıq edilir və ya 30 manat məbləğində inzibati qaydada cərimə olunurlar. Qeyd edim ki, əgər bununla bağlı məsələ ortalığa çıxarsa və müəyyən olunarsa, şəxsin özü barəsində vergidən yayınma ilə bağlı inzibati məsuliyyət müəyyən oluna bilər”

Bənzər yazılar

0.10946798324585