Kənd Təsərrüfatı Nazirliyi (KTN) 433 146,14 manat dəyərində lisenziya, sertifikat, xidmət, təchizatçı dəstəyi, zəmanətlər və səs sistemi avadanlıqları alacaq.
Qaynarinfo.az-ın məlumatına görə, KTN artıq bununla bağlı elan etdiyi tenderə yekun vurub. Tenderin qalibi "Caspel" şirkəti seçilib.
Bu şirkət 2005-ci ildə yaradılıb. Nizamnamə kapitalı 1 146 020 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 50B-də yerləşir. "Caspel" MMC-nin qanuni təmsilçisi isə Quliyev Ceyhun Məhi oğludur.
Ceyhun Quliyev 2000-2017-ci illərdə Azərbaycanın vergilər naziri olmuş Fazil Məmmədovun kürəkəni Namiq Quliyevin qardaşıdır. Bu baxımdan, zaman-zaman şirkətin Fazil Məmmədova məxsus olduğu barədə məlumatlar yayılıb. Bu məlumatlar indiyə qədər təkzib edilməyib.
Fazil Məmmədov 2022-ci ildə böyrək çatışmazlığından vəfat edib. Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovdur.