İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tanınmış iş adamı Əzizli Bəxtiyar Kamal oğlu barəsində məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, məhkəmə iclasının bu gün – 8 sentyabr tarixində saat 16:20-də Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin sədrliyi ilə keçiriləcəyi bildirilir.
Qeyd edilir ki, məhkəmə iddiası vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlıdır.
Məlumat üçün bildirək ki, barəsində iddia qaldırılan Əzizli Bəxtiyar Kamal oğlu “Toboil” MMC-nin (VÖEN- 1201515381) qanuni təmsilçisidir. “Toboil” MMC 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı “Xəzər rayonu, Şüvələn ŞTQ, ev 113” ünvanında yerləşir.
“Toboil” MMC hazırda dövlət büdcəsinə (08.09.2022-ci il tarixinə) 1608 manat 38 qəpik vergi borcu var. Fərdi sahibkar kimi qeydiyyatda olan fiziki şəxs Əzizli Bəxtiyar Kamal oğlunun (VÖEN-2000229052) isə dövlət büdcəsinə vergi borcu yoxdur.
Onu da bildirək ki, Əzizli Bəxtiyar “Baxmedia” adlı mədəniyyət layihəsilə də tanınır.