Qonşusu ilə eşq yaşayan evli rektorun faciəsindən bəhs edən film hansıdır?

 05-10-2024

Azərbaycan kinosunda "müəllim" obrazı dedikdə, ilk ağla gələn film "Bizim Cəbiş müəllim" olsa da, kinomuzda bu mövzuya aid xeyli filmlər var.

Ağarza Quliyev və Qriqori Braginskinin birgə quruluş verdiyi "Almaz" səssiz filmində Almazın timsalında mübariz müəllim obrazı yaradılıb.

Film Cəfər Cabbarlının ssenarisi əsasında çəkilib. Şəhərdən ucqar kəndlərin birinə müəllim işləməyə gedən Almaz burada xeyli çətinliklərlə qarşılaşır.

Almaz təkcə şagirdlərə dərs demir, eyni zamanda qadın haqlarının müdafiəçisi rolunda çıxış edir. Onun təşəbbüsü ilə qadınlar üçün yun birliyi təşkil olunur, iş yerləri açılır.

Lətif Səfərovun "Bəxtiyar" filmində Məmmədrza Şeyxzamanov "Professor Rəcəbov"u canlandırmaqla sanballı müəllim obrazı yaradıb.

Professorun filmdə göründüyü ilk epizodda uşaqlar icazəsiz onun alma bağına girirlər. Bəxtiyarın şirin səsini eşidən professor onu oxutdurub səsini yoxlayır, bağdan edilən oğurluğun heç fərqinə də varmır. Biləndə ki, uşaqlar almanı nə məqsədlə dərirmişlər, özü alma yığmaqda onlara kömək edir.

Sonrakı epizodlarda professor Rəcəbovun Bəxtiyarın taleyi ilə maraqlanması, neftçi işləyən gənci musiqi təhsili almağa cəlb etmək istəyi onun nə qədər uzaqgörən olduğunu göstərir.

Hüseyn Seyidzadənin "Dəli Kür" filmində iki tədris üsulunun - mollaxana və dünyəvi məktəbin qarşıdurması göstərilir.

Uşaqların dünyəvi təhsil alması üçün Rus Əhməd Qoridən gəlmiş müəllim Çernyayevski ilə birlikdə kənd camaatını razı salmağa çalışır. Lakin din xadimi və mollaxana müəllimi Molla Sadıq maneə törədir. Filmin sonunda biz Qoridən müəllim kimi qayıdan kənd uşaqlarını görürük.

Həsən Seyidbəylinin "Bizim Cəbiş müəllim" filmi kulta çevrilmiş filmlərimizdəndir.

Bu film milli kinomuzda II Dünya müharibəsi zamanı arxa cəbhədəki həyata həsr olunmuş ən gözəl ekran əsərlərindəndir.

Saf qəlbli müəllimlərin prototipi olan Cəbiş əsl müəllimdir. O, sabun bişirmək bacarığından istifadə edərsə, varlı olacağını bilsə də, bunu müəllim əxlaqına sığışdırmır.

Filmin son epizodlarında Cəbiş müəllimin bişirdiyi sabunları cəbhəyə yola düşən keçmiş şagirdlərinə paylayır. Çamadanı boş, vicdanı təmiz evə qayıdan Cəbiş müəllim yenicə açılan Bakı səhərini gülümsəyərək seyr edir.

Rejissor Rasim Ocaqov 4 filmində unudulmaz müəllim obrazları yaradıb.

Onun "Özgə ömür" filmi böyük ali təhsil müəssisələrindən birinin nüfuzlu rektorunun faciəsi ilə bitir.

Rejissor yaşlı rektor Fariz Rzayevin həyatını bir günə sığdırır. Ocaqov Farizin məcburi ikili həyatını, yadlaşma prosesini sovet cəmiyyətindəki dəyərlərin düzgün qurulmamasında axtarır.

Universitetdə müəllim işləyən evli Həsənovla müəllimə İmanovanın eşq yaşamasını rektor bağışlamır. Onları işdən azad etmək istəyir. Lakin rektorun özü də evli olmasına baxmayaraq, qonşusu ilə eşq yaşayır.

Daha ətraflı Baku TV-nin süjetində:

Bənzər yazılar

0.09239387512207