Azərbaycanın Rusiyadakı yeni səfiri Sergey Lavrovla görüşdü

 04-10-2024

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın Moskvadakı yeni səfiri Rəhman Mustafayevə peşəkar fəaliyyətində uğurlar arzulayıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

“Oktyabrın 4-də Azərbaycan Respublikasının Rusiya Federasiyasına təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrov tərəfindən qəbul edilib”, - məlumatda bildirilir.

Rusiya Xarici İşlər Nazirliyi əlavə edib ki, daha sonra Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin də Mustafayevlə görüşüb və görüş zamanı səfir ona etimadnaməsinin surətini verib:

“Söhbət zamanı Rusiya-Azərbaycan münasibətlərinin mütərəqqi inkişafı vurğulanıb, ikitərəfli gündəlikdəki bəzi aktual mövzular müzakirə edilib”.

Bənzər yazılar

0.058151006698608