Türkiyəli nazir Yılmaz Tunç: "Azərbaycan və Türkiyənin ədliyyə sahəsində əməkdaşlığı inkişaf etməkdədir"

 04-10-2024

"Azərbaycan və Türkiyənin ədliyyə sahəsində əməkdaşlığı inkişaf etməkdədir".

"Reportşaz" xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Yılmaz Tunç Azərbaycana səfəri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür: "Bir millət, iki dövlət" şüarı ilə dövlətlərimiz arasında dostluq münasibətləri inkişaf edir. Bu gün də ədalətli cəza, ədliyyə sahəsində bir sıra məsələlərlə bağlı müzakirələr aparılacaq, anlaşma memorandumu imzalanacaq".

Nazirin sözlərinə görə, ikigünlük səfər çərçivəsində Ali Məhkəmənin sədri İnam Kərimov və baş prokuror Kamran Əliyevlə də görüşlər nəzərdə tutulub.

Qeyd edək ki, Türkiyənin ədliyyə naziri Yılmaz Tunçun başçılıq etdiyi nümayəndə heyəti bu gün Bakıya gəlib. 

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib.

Türkiyəli nazir daha sonra Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət edib.

Ziyarətdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, səfirliyin əməkdaşları, həmçinin burada fəaliyyət göstərən azərbaycanlı ictimai xadimlər iştirak ediblər.

Bənzər yazılar

0.14143991470337