Binəqədi rayonu ərazisində vulkanlıq ərazidə insanlar necə məskunlaşıb?

 01-10-2024

Paytaxtın Binəqədi rayonu ərazisində vulkanlıq olan zonada yaşayış yerləri var.

Bir neçə il əvvəl də həmin palçıq vulkanında püskürmə hadisəsi baş vermişdi.

Burada məskunlaşanlar isə məcburi köçkünlərdir. Onların sözlərinə görə, ərazidə dəfələrlə vulkan püskürməsi hadisəsi baş verib.

Məsələ ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirilib ki, uzun illər adıçəkilən ərazidə mühafizə zolağından kənarda əsasən məcburi köçkünlər məskunlaşıblar.

Hazırda işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri davam edir. Ölkənin müxtəlif ərazilərində məskunlaşmış bütün məcburi köçkünlər kimi "Keyrəki" vulkanı ətrafında yaşayan məcburi köçkünlər də işğaldan azad edilmiş ərazilərə köçürüləcəklər.

Bənzər yazılar

0.096487998962402