Bakıda mənzillər son 1 ildə 14 faiz bahalaşıb

 30-09-2024

Bu ilin avqust ayında Bakıda mənzillərin orta qiyməti iyul ayı ilə müqayisədə 2 faiz artıb.

Bunu "Report"a açıqlamasında "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, ötən ilin eyni dövrünə nisbətən paytaxtda mənzillər 14 faiz bahalaşıb.

"Bakının təkrar mənzil bazarında yeni tikililərdəki mənzillərin 1 kvadrat metrinin qiyməti ay ərzində 2,3 faiz, il ərzində 14,9 faiz, köhnə tikililərdəki mənzillərin 1 kvadrat metrinin qiyməti isə ay ərzində 1,7 faiz, il ərzində 11,3 faiz artım nümayiş etdirib. Bazarda təklif ay ərzində 1 faiz, il ərzində isə 18,4 faiz artıb.

Ötən ay ilkin mənzil bazarında isə mənzillərin 1 kvadrat metrinin qiymətində əvvəlki ayla müqayisədə 1,9 faiz, ötən ilin eyni dövrünə nisbətən isə 15,7 faiz artım olub. Bazarda təklif ay ərzində 1,3 faiz, il ərzində isə 17,5 faiz artıb", - deyə ekspert qeyd edib.

Bundan başqa, V.Oruc deyib ki, avqustda kirayəyə verilən mənzillərin 1 kvadrat metrinin qiyməti iyulla müqayisədə 4 faiz, ötən ilin eyni dövrünə nisbətən isə 11,5 % artım nümayiş etdirib. Bazarda təklif ay ərzində 1 faiz, il ərzində isə 14,6 faiz artıb.

 

Bənzər yazılar

0.12044191360474