İmişlidə deputatlığa namizəd işdən çıxarıblar

 30-09-2024

82 saylı İmişli-Saatlı seçki dairəsindən Milli Məclisə deputatlığa keçmiş namizəd Leyla Nəcəfquliyeva İmişli rayonunun Aranlı kəndində orta məktəb müəllimi vəzifəsindən azad edilib. O, Turan-a bildirib ki, işdən çıxarılması seçkilərdə fəal mövqeyilə əlaqədardır. Mərkəzi Seçki Komissiyasının  məlumatına görə, o, seçkilərdə məğlub olub.

Elm və Təhsil Nazirliyi Mil-Muğan regional şöbəsinin 17 sentyabr tarixli əmrində müəllimənin məktəb direktorunun göstərişlərinə "tabe olmaması", "məktəblilərin dərslərə gəlməməsinə təsir göstərməsi ", "rəhbərliyin razılığı olmadan dərsi məktəb binasından kənarda keçməsi", Tik-Tokda  videolar yayması, uşaqlardan öz şəxsi məqsədləri üçün istifadə etməsindən danışılır ki, bu da ümumilikdə,  “Müəllimin Etik Kodeksi"nin tələblərinə kobud şəkildə ziddir. İşdən çıxarılma yerli Həmkarlar İttifaqı ilə razılaşdırılıb, - idarədən mətbuata bildiriblər.

Təhsil şöbəsinin əmrində Nəcəfquliyevanın parlament seçkilərində iştirakı barədə deyilməyib. Lakin Nəcəfquliyeva özü Turan-a bildirib ki, seçki kampaniyasında iştirakı zamanı ona təzyiq olub. Ondan deputat statusu iddiasından imtina etməsi tələb olunub, lakin müəllimə bunu etməyib. İşdən çıxarılmasının digər səbəbi  sosial mediadakı fəaliyyətidir. O, Aranlı kənd məktəbində neqativ hallarla bağlı həqiqəti sistematik şəkildə yayıb.

2023-cü ildə Nəcəfquliyeva məktəbin köhnə binasında tualetin olmadığını bildirib, bundan sonra iki il ərzində Aranlı kəndində yeni bina tikilib. Lakin Heydər Əliyev Fondunun inşa etdiyi yeni məktəb binasında su olmayıb və müəllimə üçüncü sinifdə birinci dərsi sentyabrın 16-da məktəbin həyətində keçirməli olub. O, video çəkib və şəbəkələrdə yayımlayıb. Bu onun işdən çıxarılmasının rəsmi səbəbi olub.

Yayda Nəcəfquliyeva peşəyə yararlılıq üzrə ixtisas imtahanlarından uğurla keçib.

Vətəndaş Hüquqları İnstitutu ictimai iəşkilatının sədri Bəşir Süleymanlı Turan ilə söhbətində qeyd edib ki, 17-də deputatlığa namizədin sentyabrın işdən çıxarılması qanuna ziddir, çünki Mərkəzi Seçki Komissiyasının qərarı ilə namizədlərin toxunulmazlığı sentyabrın 21-dək uzadılıb. O, Leyla Nəcəfquliyeva məhkəməyə şikayət etməsini düzgün hesab edir.

Leyla Nəcəfquliyeva  işdən çıxarıldığı gündən bir ay ərzində məhkəməyə şikayət edəcək. Hazırda onun şikayəti məhkəmədən əvvəl mediasiya mərhələsindədir, - deputatlığa keçmiş namizəd Turan-a bildirib.

İmişli rayonu Aranlı kənd məktəbinin direktoru Anar Ələkbərov Turan-ın suallarını cavablandırmayıb.

Bənzər yazılar

0.13161897659302