"Bu il 8 yeni məktəb binası istifadəyə verilib".
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən deyilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, bunlardan 5-i yeni tədris ilindən fəaliyyətə başlayacaq, artıq 4 məktəbin təmir və tikintisi başa çatıb.
Son bir ayda Bakıda 5 122 uşaq elektron sistem vasitəsilə bağçaya qəbul edilib. Bu il 41 087 uşaq paytaxtda fəaliyyət göstərən bağçalarda təlim-tərbiyəyə cəlb olunub. Onların tərbiyəsi ilə 4 299 müəllim məşğul olur. İdarənin tabeliyinə 348 bağça keçib. Onlardan 8-nin fəaliyyəti dayandırılıb. Ümumi bağçalardan 264 -ü körpələr evidir. 4 bağça əsaslı təmir olunub, 18 bağçada cari təmir işləri başa çatdırılıb.