Neftimizin qiyməti 77 dollara düşdü

 24-09-2024

Dünya bazarlarında “Azeri Light” markalı Azərbaycanın neftinin qiyməti yenidən enib.

Ölkə.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 0,51 ABŞ dolları, yaxud 0,65 % azalaraq 77,35 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azeri Light neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

Bənzər yazılar

0.11881804466248