Bu il üçün 1 000-dən çox tələbə köçürülməsi olub

 23-09-2024

2024-2025-ci tədris ili üçün tələbələrin köçürülməsi prosesi yekunlaşıb.

Bu barədə  Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, təhsilalanların köçürülüməsi elektron formada təhsil müəssisələri tərəfindən həyata keçirilib. Sənəd qəbulu portal.edu.az vasitəsilə 25 iyul-1 avqust tarixində aparılıb.

Qeyd edək ki, elektron müraciətlər təhsil müəssisələri tərəfindən emal olunub və qaydalar çərçivəsində yekun qərar qəbul olunub.

Ümumilikdə 2 575 tələbə təhsil müəssisəsinin, ixtisasın və təhsilalma formasının dəyişdirilməsi üçün müraciət edib və 1 054 müraciət müsbət nəticə ilə yekunlaşıb.

 

Bənzər yazılar

0.11904001235962