Tanınmış azərbaycanlı vəkil Elman Paşayev saxlanıldı

 17-09-2024

Keçmiş vəkil Elman Paşayev barəsində cinayət işi açılıb.

APA.az Rusiya KİV-ə istinadən xəbər verir ki, vəkil saxlanılıb.

Elman Paşayevə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə külli miqdarda dələduzluq) ilə iş açılıb. İstintaqın məlumatına görə, 2024-cü ilin fevralında Elman Paşayev Aleksey Blinovskini inandırıb ki, böyük pul mükafatı müqabilində Blinovski və onun həyat yoldaşı Yelena Blinovskayanı cinayət məsuliyyətindən azad edə bilər.

Razılaşma əldə olunandan sonra Paşayev Blinovskidən külli miqdarda pul alıb.

Hazırda onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi davam etməkdədir.

Bənzər yazılar

0.060865163803101