Mingəçevirdə tonlarla su niyə küçəyə axır? - Sakinlər narazılıq etdilər

 21-09-2024

Mingəçevir şəhərinin Kamran Hüseynov küçəsində içməli su günlərdir küçəyə axır.

Sakinlərin sözlərinə görə, su borusunda yaranan problem səbəbindən tonlarla su israf olur.

Mingəçevir su anbarının ətrafında yerləşən və keçmiş məcburi köçkünlərin məskunlaşdığı ərazidə nəinki piyadalar, heç avtomobillər də normal hərəkət edə bilmir.

"Birinin 5-10 manat borcu olan kimi gəlib xətti bağlayırlar. Amma indi su axıb gedir, gəlib baxan yoxdur", - deyə sakin narazılıq bildirib.

Daha ətraflı Baku TV-nin süjetində:

Bənzər yazılar

0.10786986351013