Müdafiə Nazirliyinin rəhbərliyini tənqid edən polkovnik HƏBS OLUNA BİLƏR

 07-09-2022

Ehtiyatda olan polkovnik Elnur Məmmədov məhkəməlik olub.

Bu barədə Qafqazinfo.az məlumat yayıb.

Bildirilib ki, o, Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ittiham olunur. 

Bakı Hərbi Məhkəməsində keçiriləcək prosesə hakim Elbəy Allahverdiyev sədrlik edəcək. Polkovnik Məmmədovun təqsiri sübuta yetirilərsə, onu iki ilədək müddətə islah işləri və ya üç ilədək həbs cəzası gözləyir. Məhkəmənin hazırlıq iclası sentyabrın 12-nə təyin edilib.

Qeyd edək ki, Elnur Məmmədov sosial şəbəkələr vasitəsilə videomüraciət yayaraq Müdafiə Nazirliyinin rəhbərliyini, o cümlədən Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilovu tənqid etmiş, bir sıra iddialar irəli sürmüşdü. Müdafiə Nazirliyi isə açıqlama yayaraq, E.Məmmədovun nazirliklə bağlı iddialarını yalanlamışdı.

Bənzər yazılar

0.21182894706726