Fatma Səttarovanın dəfn yeri açıqlandı

 14-09-2024

Bu gün vəfat edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsinin iştirakçısı Fatma Səttarovanın dəfn yeri açıqlanıb.

Təşkilatdan bildirilib ki, mərhum II Fəxri xiyabanda dəfn olunub.

Qeyd edək ki, “İstiqlal” ordenli F.Səttarova 102 yaşında dünyasını dəyişib.

F.Səttarova 1922-ci ildə Bakıda anadan olub. İkinci Dünya müharibəsinin ilk aylarında tibb bacısı kimi könüllü surətdə cəbhəyə yollanıb. 1941-1942-ci illərdə Moskva uğrunda döyüşlərdə iştirak edib. F.Səttarova Sovet ordusunun sıralarında Berlinə qədər gedib.

O, 1945-ci ilin fevralında xəstəliyi ilə bağlı tibbi komissiyanın qərarı ilə ordudan tərxis olunub. Yaralılardan ibarət eşelonu müşayiət edərək Bakıya qayıdıb.

O, 2022-ci il yanvarın 24-də Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən "İstiqlal" ordeni ilə təltif edilib. Prezident təqaüdçüsü idi.

 

Bənzər yazılar

0.10686111450195