Çörək yenə bahalaşacaq?

 14-09-2024

"Qazaxıstan və Rusiyada taxılla bağlı qıtlıq və bu ölkələrdən Azərbaycana buğda idxalında yarana biləcək məhdudiyyətlərlə əlaqədar çörəyin qiymətinin artacağı deyilir. Biz Rusiya və Qazaxıstanla kifayət qədər konstruktiv münasibətlər qurub, idxal baxımından mövcud ola biləcək problemlərin qarşısını almışıq. Amma dünya iqtisadiyyatındakı qeyri-müəyyən şərait, xüsusilə qiymətlərin dəyişməsi, idxaldan asılılıq şəraitində daxili bazara ciddi təzyiqlər göstərir".

Bu fikirləri Bakupost.az-a Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov bildirib.

O bildirib ki, dünya bazarında ciddi qiymət dəyişiklikləri baş verərsə, Azərbaycanda da bahalaşma qaçılmaz olacaq. Buna görə də istehsalın artırılması və stimullaşdırılması vacibdir.

E. Məmmədovun sözlərinə görə, dövlət müvafiq vergi yumşalmaları, gömrükdəki rüsumların azaldılması və ya sıfırlanması hesabına strateji məhsulların qiymətlərinin sabit saxlanılması üçün bəzi tədbirlər görür. Lakin idxaldan asılılıq bazardakı qiymətlərin qeyri-müəyyənliyini şərtləndirir:

"Hesab edirəm ki, payız-qış aylarında ənənəvi olaraq çörəyə tələbin artması qiymətlərə müvafiq təzyiq göstərəcək. Lazımi ehtiyat fondunu təmin etsək, ən azı yaxın perspektivdə çörəyin qiymətinin sabit saxlanılması mümkün olar".

 

Bənzər yazılar

0.058378934860229