Moskva: ABŞ Gürcüstanda hakimiyyət çevrilişi planı hazırlayıb

 11-09-2024

 ABŞ-ın Gürcüstanda hakimiyyəti ələ keçirmək üçün etiraz aksiyaları hazırladığına diqqət çəkib.

SVR: ABŞ kütləvi etirazların köməyi ilə Gürcüstanda hakimiyyəti zorla ələ keçirməyə hazırlaşır
ABŞ Gürcüstanda hakimiyyəti zorla ələ keçirmək üçün kütləvi etiraz aksiyaları keçirməyə hazırlaşır.

Ölkə.Az xəbər verir ki, bu barədə sentyabrın 11-də Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) mətbuat bürosu məlumat yayıb.

Məlumatda deyilir: “Vaşinqtonun planı göz qabağındadır və artıq təəccüblü deyil. ABŞ qərbyönlü Gürcüstan müxalifətinə ölkədə hakimiyyəti zorla ələ keçirmək məqsədi ilə kütləvi etiraz aksiyalarına başlamağa şərait yaratmağa çalışır”.

SVR-in məlumatında  həmçinin qeyd edilir ki, Vaşinqton oktyabrın 26-na təyin edilmiş parlament seçkilərində hakim “Gürcü Arzusu” partiyasının qələbəsinin qarşısını almaq üçün ATƏT/DTİHB-dən istifadə etmək istəyir.

ABŞ-ın planına görə, əməkdaşlıq barədə razılığa gəldikləri ATƏT strukturu səsvermənin başlamasına 10-20 gün qalmış aralıq hesabat dərc edəcək və orada Gürcüstanda azad və ədalətli seçkilər üçün heç bir şəraitin olmadığı bildirilir. İlk səsvermənin nəticələri bəlli olanda ATƏT/DTİHB seçkinin  nəticələrinin demokratiya normalarına zidd olduğunu bəyan edəcək və bu da öz növbəsində  Gürcüstanda kütləvi etiraz aksiyalarına səbəb olacaq. Kütləvi  etiraz aksiyların miqyasını genişləndirməklə Ağ Ev planını reallaşdırmaq istəyir.

Mürtəza
Ölkə.Az

Bənzər yazılar

0.082394123077393