Azərbaycan şirkətləri Türkiyədə hansı sahələrdə fəaliyyət göstərirlər – Siyahı

 28-08-2024

Bu ilin yanvar-iyul ayları ərzində Türkiyədə Azərbaycan sərmayəsi ilə 111 şirkət yaradılıb.

Yeniavaz.com xəbər verir ki, yeni yaradılan şirkətlərin ümumi sərmayəsi 80 milyon 880 min lirə (2 milyon 379 min dollar) olub və bu məbləğin 65 milyon 174,5 min lirəsini (1 milyon 917 min dollar) Azərbaycan sərmayəsi təşkil edib.

Qeyd edək ki, Türkiyədə Azərbaycan sərmayəsi ilə yaradılan şirkətlər aşağıdakı sahələrdə fəaliyyət göstərirlər:

Topdan və pərakındə ticarət sektorunda – 59 şirkət (40,2 milyon lirə)
Emal sektorunda – 17 şirkət (11,9 milyon lirə)
Elmi-texniki sahədə – 7 şirkət (2,1 milyon lirə)
İnşaat sektorunda – 6 şirkət (1,1 milyon lirə)
Nəqliyyat və anbar sektorunda – 6 şirkət (4,2 milyon lirə)
Təhsil sektorunda – 4 şirkət (700 min lirə)
Mehmanxana və iaşə sektorunda – 3 şirkət (1,3 milyon lirə)
Daşınmaz əmlak sektorunda – 2 şirkət (950 min lirə)
İdarəetmə və məsləhətlər sektorunda – 2 şirkət (75 min lirə)
Maliyyə və sığorta sektorunda – 1 şirkət (500 min lirə)
Mədəniyyət, istirahət və əyləncə sektorunda – 1 şirkət (50 min lirə)
Digər xidmət sektorunda – 3 şirkət (1,1 milyon lirə)


Məlumat üçün onu da bildirək ki, Azərbaycan bu ilin yanvar-iyul aylarında Türkiyədə ən çox şirkət açan 2-ci ölkə olub. Yalnız İran sərmayəli şirkətlər Azərbaycandan çox olub. Bu ilin ilk 7 ayında İran sərmayəsi ilə Türkiyədə 187 şirkət qeydiyyata alınıb.

Elnur Əli

Bənzər yazılar

0.09419322013855