Azərbaycanda ən çox xarici borc cəlb edən dövlət qurumları - SİYAHI

 28-08-2024

1 iyul 2024-cü il tarixinə Azərbaycanın xarici dövlət borcu 5 milyard 361,3 milyon ABŞ dolları təşkil edib.

Bu barədə İqtisadiyyat.az Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Bu dövrdə xarici dövlət borc portfelinin 2 milyard 176,687 milyon ABŞ dolları (40.6%-i) büdcə kəsirinin bağlanılması üzrə hökumət adından çıxış edən Maliyyə Nazirliyi tərəfindən, 3 milyard 184,612 milyon ABŞ dolları (59.4%-i) isə digər icraçı qurumlar tərəfindən həyata keçirilən proqram və layihələr üzrə cəlb edilmiş öhdəliklərin payına düşür.

Aşağıdakı cədvəldə 1 iyul 2024-cü il tarixinə dövlət qurumlarının proqram və layihələri həyata keçirmək üçün cəlb etdiyi xarici borcun məbləği verilib. 

  1. - Maliyyə Nazirliyi – 2 milyard 176 milyon 688 min dollar (40,6%)
  2. - “Azəravtoyol” ASC – 1 milyard 50 milyon 815 min dollar (19,6%)
  3. - Dövlət Su Ehtiyatları Agentliyi – 788 milyon 111 min dollar (14,7%)
  4. - “Azərbaycan Dəmir Yolları” QSC – 729 milyon 137 min dollar (13,6%)
  5. - Naxıvan Muxtar Respublikasının Meliorasiya və Su Təsərrüfatı Agentliyi – 193 milyon 6,8 min dollar (3,6%)
  6. - Kənd Təsərrüfatı Nazirliyi – 139 milyon 394 min dollar (2,6%)
  7. - Digər dövlət qurumları – 284 milyon 149 min dollar (5,3%)

Bənzər yazılar

0.061131954193115