Azərbaycan pambığı hansı ölkələrə və neçəyə satır?

 28-08-2024

Bu ilin ilk yarısında Azərbaycan xarici ölkələrə ümumi dəyəri 116 milyon 780 min dollar olan 75 min 252 ton pambıq lifi satıb.

Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, xaricə satılan pambıq lifinin 1 kiloqramının orta gömrük dəyəri 1,5 dollar (2,5 manat) olub.

Qeyd edək ki, Azərbaycan pambıq lifini 4 ölkəyə ixrac edib. Pambıq lifi ən çox Türkiyəyə ixrac olunub. Türkiyəyə 6 ay ərzində 60 min 728 ton pambıq satılıb və 1 kiloqramının orta gömrük dəyəri 1,5 dollar (2,5 manat) olub.

Bundan başqa Türkmənistana 10 min 42,6 ton, İrana 2 min 438 ton, Banqladeşə isə 2 min 42,8 ton pambıq satılıb.

Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə ixrac edilən pambıq lifinin miqdarı bu ilin yanvar-iyun aylarındakından təxminən 2 dəfə az – 36 min 778 ton olub. İxrac olunan pambıq lifinin 1 kiloqramının orta gömrük dəyəri isə ötən ilin ilk yarısında 1,85 dollar (3,1 manat) olub.

Elnur Əli

Bənzər yazılar

0.058080911636353