Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda Qran-Pri qazanıb

 27-08-2024

"Kinomexanikin qayıdışı" filmi Cənubi Koreyanın “EBS International documentary” sənədli film festivalının Qran-Prisini qazanıb.

Bu barədə filmin rejissoru Orxan Ağazadə məlumat verib.

Qeyd edək ki, 2024-cü ilin istehsalı olan film Azərbaycan və talış dillərində çəkilib. Filmin xronometrajı 87 dəqiqədir. Hibrid janrda ekranlaşdırılan filmin rejissoru və ssenari müəllifi Orxan Ağazadə, operatoru Daniel Quliyev, montajçısı Nicole Schmeier, səs rejissoru Morteza Najaflo, prodüserləri Lino Rettinger və François-Pierre Claveldir.

Film Almaniya (Lichtblick Film) və Fransanın (Kidam) ortaq istehsalıdır.

 

Bənzər yazılar

0.10515308380127