Xəbər verdiyimiz kimi, ali məktəblərə ixtisas seçiminin nəticələri açıqlanıb.
Xəzər TV bildirir ki,bəzi ixtisasların keçid balında 100 baldan daha çox artım oldu.
Bu il universitetlərə qəbul imtahanında 90 mindən artıq abituriyent ümumilikdə ayrılmış 59 minə yaxın plan yerləri üçün ixtisas seçimində iştirak edib.
Təhsil ekspertləri bildirirlər ki, bu il ixtisaslar arasında ən çox bal artımı 1 və 4-cü qruplarda müşahidə edilib.
Ekspert Kamran Əsədov onu da əlavə edib ki, boş qalmış plan yerlərinə qəbulda ümumi balı 200-dən blok balı isə 100-dən daha çox olan abituriyentlər seçim edə biləcəklər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: