Narkotik istifadə edən gömrük əməkdaşlarını İŞDƏN ÇIXARIB

 05-09-2022

Dövlət Gömrük Komitəsinin (DGK) sədr əvəzi, general-leytenant Şahin Bağırovun gömrük əməkdaşlarını kütləvi şəkildə işdən çıxardığı iddia edilir.

Bu barədə Unikal.org məlumat yayıb.

İddiaya görə, sədr əvəzi əməkdaşları narkoloji analizdən keçirib. Belə ki, Hövsan və digər postlarda işləyən bəzi gömrük əməkdaşlarının narkotik istifadəçisi olduğu aşkarlanıb.

Bundan sonra Şahin Bağırov onları işdən azad edib.

Bənzər yazılar

0.26636219024658