Talibandan rusiyalı iş adamlarına çağırış

 23-08-2024

Talibanın hökumətinin Baş nazirinin iqtisadi məsələlər üzrə müavini Əbdül Qani Baradar Axund rusiyalı iş adamlarını Əfqanıstan iqtisadiyyatına investisiya yatırmağı düşünməyə çağırıb.

"Ölkə.az" xəbər verir ki, o, bu barədə Kabildə iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşündə deyib.

"Əfqanıstan hazırda çoxsaylı ticarət və investisiya imkanları təklif edir, yerli və xarici investorları bu fürsətlərdən istifadə etməyə təşviq edir. Əfqanıstan, yoxsulluğuna baxmayaraq, təbii ehtiyatlarla zəngindir və bu, onu investisiyalar üçün cəlbedici edir", - o bildirib.

Bənzər yazılar

0.064865112304688