Saqqal saxlamadığına görə 281 nəfəri işdən çıxardılar

 21-08-2024

Əfqanıstanda saqqal saxlamadığına görə son bir ildə 281 nəfər işdən çıxarılıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Talibanın Şərin Qarşısının Alınması və Fəzilətin Yayılması Nazirliyi məlumat yayıb.

Bundan əlavə, 13 min nəfərin də “əxlaqsız hərəkətlər”ə görə saxlanıldığı bildirilib. Qeyd edilib ki, saxlanılanların yarısı 24 saat sonra sərbəst buraxılıb.

Nazirlik iddia edilən cinayətlərin növü və saxlanılanların cinsi haqqında ətraflı məlumat verməyib.

Qurum rəsmiləri ötən il il 21 328 musiqi alətinin məhv edildiyini və minlərlə kompüter operatorunun bazarlarda “əxlaqsız və qeyri-etik” filmlər satmasının qarşısının alındığını bildirib.

Hesabatda qadınların geyimi və ya kişi yoldaşı olmadan səyahət etməsi ilə bağlı statistik məlumat verməyib.

Nazirlik İslam geyim qaydalarına riayət olunmasını təmin etmək üçün yeni plan üzərində işlədiyini və buna ölkənin cənubundakı Qəndəhar şəhərində ən yüksək dini lider tərəfindən nəzarət ediləcəyini bildirib.

Billurə Yunus
 

Bənzər yazılar

0.063903093338013