Xaricdən 1,3 manata gətirilən limon marketlərdə 3,8 manata satılır – 29 faiz  bahalanıb

 17-08-2024

Bu ilin yanvar ayı ilə müqayisədə ötən ay marketlərdə satılan limon 29% bahalanıb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, yanvar ayında limonun 1 kiloqramının orta qiyməti marketlərdə 2,9 manat olduğu halda, ötən ay 3,72 manata kimi bahalanıb.

Qeyd edək ki, bahalaşma həm yerli, həm də idxal limonun qiymətində müşahidə olunub. Son 7 ayda yerli limonun 1 kiloqramının orta qiyməti 2,74 manatdan 3,7 manata, idxal limonun 1 kiloqramının orta qiyməti isə 3,05 manatdan 3,8 manata yüksəlib.

Məlumat üçün bildirək ki, bu ilin ilk yarısında xarici ölkələrdən Azərbaycana 12 min 104 ton liman idxal edilib. Limon əsasən 2 ölkədən – Türkiyə və Cənubi Afrika Respublikasından gətirilib.

Türkiyəndən 10 min 229 ton, Cənubi Afrika Respublikasından isə 1 814 ton limon idxal olunub. Türkiyədən gətirilən limonun 1 kiloqramının orta gömrük dəyəri 1,3 manat, Cənubi Afrika Respublikasından gətirilən 1 kiloqramının orta gömrük dəyəri isə 2,1 manat olub.

Bənzər yazılar

0.059103965759277