Prezident İlham Əliyevin Sərəncamı ilə Rəşad Sahil oğlu İsmayılov ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin olunub.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rəşad İsmayılov bu gün nazirliyin kollektivinə təqdim edilib.
O, bu təyinata qədər Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində aparat rəhbəri vəzifəsində çalışıb.