DSX rəisi Firad Əliyevi təltif edib

 16-08-2024

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikası Sərhəd Qoşunlarının Yaranması Günü münasibətilə Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyevi təltif edib.

O, "Hərbi Əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə mükafatlandırılıb.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov da Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə Firad Əliyevi "Hərbi Əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif etmişdi.

Məlumat üçün qeyd edək ki, Firad Əliyev Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr təhsil pilləsini 2002-ci, magistr təhsil pilləsini isə 2004-cü ildə fərqlənmə diplomları ilə bitirib. O, 2005-ci ildən prokurorluq orqanlarında qulluq keçir.

 

Bənzər yazılar

0.15507197380066