Paytaxt sakini gecə saat 12-dən sonra smart dayanacağın bağlı olmasından şikayət edib.
Bununla bağlı sosial şəbəkədə paylaşım edilib.
O, qeyd edib ki, gecə saat 12-dən sonra Azadlıq prospektində AYNA-ya məxsus dayanacaq bağlı olub. Dayanacağa bitişik köşkün satıcısından onun qapısını açmağı istəsə də, satıcıdan rədd cavabı alıb.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.
Qurum rəsmisi Oxu.Az-ın sorğusuna cavab olaraq dayanacağın gecə saat 12-dən sonra bağlanması faktını təsdiqləyib.
Bildirilib ki, təhlükəsizlik baxımından, eləcə də infrastrukturun və səliqə-səhmanın qorunması məqsədilə smart dayanacaqlar avtobusların fəaliyyəti dayandırıldıqdan sonra bağlanır".