Qabiliyyət imtahanını verdiyi ixtisas plan yerindən çıxarılıb.
Belə bir problemlə Ağsu rayonu, Abasxanlı kənd orta məktəbində fiziki tərbiyə müəllimi işləyən Sakit Səfərli üzləşib.
Sakit Səfərli kollec bitirdiyinə görə ali təhsil almaq istəyib. Ailəli olduğu üçün ali təhsilini qiyabi formada davam etdirmək arzusunda olub.
Odur ki, Dövlət İmtahan Mərkəzindən qeydiyyat keçərək buraxılış imtahanında iştirak edib. İxtisas seçimi başlayanda isə Sakit Səfərli seçdiyi ixtisası "Abituriyent" jurnalında tapa bilməyib.
O deyir ki, voleybol məşqçiliyi üzrə qiyabi təhsil almaq istəyir, amma indi bu ixtisası seçə bilmir.
Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinin Göyçay regional bölməsindən sorğumuza cavab olaraq bildirilib ki, ali təhsil müəssisələrinə tələbə qəbulu üçün plan yerləri Nazirlər Kabineti tərəfindən təsdiq olunur. Məşqçilik (voleybol) ixtisası üçün əyani təhsil forması üzrə plan yerləri ayrılıb və abituriyent öz elektron ərizəsində həmin ixtisas kodunu seçməklə müsabiqədə iştirak edə bilər.
Ətraflı videomaterialda: