>

AMEA-da 110 min manatlıq "alış-veriş"

 16-08-2025

Azərbaycan Milli Elmlər Akademiyası ümumi və texniki təyinatlı mebel və inventarların alınması üzrə tenderin qalibini açıqlayıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ümumi və təyinatlı predmetlər, o cümlədən mebel dəstləri, masalar, kreslolar və digər təsərrüfat inventarlarının alınması və quraşdırılması üçün tenderin qalibi “Qardaşlar Mebel” Qapalı Səhmdar Cəmiyyəti olub.

32gun.az xəbər verir ki, tərəflər arasında dəyəri 109,964.20 AZN təşkil edəcək müqavilə bağlanacağı gözlənilir.

Satın alınacaq məhsullar arasında 3 çeşid masa, iclas masası, market arabası, işçi və rəhbər kresloları, jaluz pərdələr və digər əşyalar yer alır.

Qeyd etmək lazımdır ki, AMEA-nın hazırkı rəhbəri akademik İsa Həbibbəylidir.

Müəllif Ayaz 
Mənbə 32gun.az 

Bənzər yazılar

0.070027112960815