Qarabağda Bakı qiymətinə mənzillər - 180-200 min... - FOTO-VİDEO

 06-08-2024
"Park Hill" memarlıq və tikinti şirkətinin "Park Qarabağ" layihəsi çərçivəsində Ağdamda yeni binaların inşasına başlayıb.
 
Şirkətin bununla bağlı sosial şəbəkələrdə yaydığı elanda mənzillərin 24-36 ay müddətin daxili kreditlə müştərilərə təklif olunduğu bildirilir.
 
Bakupost.az -ın əməkdaşı şirkətlə əlaqə saxlayaraq mənzillərin qiymətləriylə maraqlanıb.
 
Şirkətdən bildirilib ki, mənzilin ümumi dəyərinin 30 faizini əvvəlcədən ödəməklə istənilən şəxs "Park Qarabağ"da mənzil sahibi ola bilər:
 
"Mənzillər faizsiz kreditlə təklif olunur. Bir kvadratmetrə görə qiymət 1500-1600 manat arasında dəyişir. İlkin ödəniş isə 30 faizdir. Mənzillər Ağdamın mərkəzində, Cümə məscidinə yaxın ərazidə tikilir. Binaların 2025-ci ilin sonunda təhvil veriləcəyi planlaşdırılır. Mənzillərin sahəsi 122 kvadratmetrdən başlayır”.
 
Qeyd edək ki, 122 kvadratmetrlik mənzillərin dəyəri kvadratmetri 1500 manatdan hesablandıqda 183 min manat, 1600 manatdan hesablandıqda isə 195 min 200 manat edir.
 

Bənzər yazılar

0.058194875717163