Ukrayna xüsusi xidmət orqanları Putinə sui-qəsd hazırlayıb 

 06-08-2024

Ukrayna xüsusi xidmət orqanları Hərbi Dəniz Qüvvələri Günündə Sankt-Peterburqda terror aktı hazırlayırdı.

"Ölkə.az" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirinin müavini Sergey Ryabkov “Rossiya 1” telekanalında bildirib.

Onun sözlərinə görə, hücum iyulun 28-də baş verməli idi. Lakin bundan bir neçə gün əvvəl Rusiya Müdafiə Nazirliyinin rəhbəri Andrey Belousov şəxsən amerikalı həmkarı Lloyd Ostinə zəng edərək Kiyevi öz planlarından əl çəkməyə çağırıb.

Ehtimal ki, söhbət Rusiya prezidenti Vladimir Putin və Belousovun paraddakı çıxışı zamanı həyata keçirilməsi planlaşdırılan sui-qəsddən gedir.

İyulun 13-də Ukrayna Baş Kəşfiyyat İdarəsinin (GUR) rəhbəri Kirill Budanov (Rusiya Federasiyasında terrorçular və ekstremistlər siyahısındadır) bildirib ki, Kiyev Rusiya prezidenti Vladimir Putinin həyatına uğursuz cəhdlər edib.

 

 

Bənzər yazılar

0.061131000518799