Sergey Ryabkov: "Rusiya Qərbə heç bir güzəşt etməyəcək"

 04-08-2024

Rusiya Ukraynada münaqişənin həlli ilə bağlı Qərbə birtərəfli güzəştə getməyəcək.

Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Moskvanın birtərəfli güzəştləri keçmişdə qaldı. Gələcəkdə heç vaxt, hətta NATO və Avropa Birliyi ilə münasibətlərimizin ən yaxşı şəraitində belə, Qərbə bizim tərəfimizdən heç bir birtərəfli güzəştlər edilməyəcək.

Vaşinqtonu sakitləşdirmək üçün heç bir hədiyyə, güzəşt və ya hər hansı jest olmayacaq. Yenə də birtərəfli qaydada özlərinə sərfəli olan nəyisə bizim üzərimizə sırımağa cəhd etsələr, o zaman heç bir razılaşma olmayacaq”, - Ryabkov bildirib.(Axar.az)

 

Bənzər yazılar

0.064573049545288