Finlandiya Aİ-nin Rusiyaya qarşı sansksiyasını pozub?

 04-08-2024

Finlandiya Xarici İşlər Nazirliyi vergilərin və kommunal xərclərin ödənilməsinə icazə verməklə, Helsinkidəki Rusiya Elm və Mədəniyyət Mərkəzinə (RCSC) qarşı sanksiyalardan yenidən kənarda qalıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə Finlandiyanın "Talouselämä" nəşri məlumat yayıb.

Bildirilir ki, RCSC-nin bank hesabındakı dondurulmuş vəsaitlərin istifadəsinə hələ may ayında icazə verilib.

“Aİ Şurasının sanksiya qaydaları dondurulmuş vəsaitlərin sərbəst buraxılması iilə bağlı istisna hallar təbiq edir. Məsələn, vergilərin və kommunal xərclərin ödənilməsi üçün məhdud hallarda istisnaların tətbiq edilməsi buna daxildir”, - mənbə bildirib.

Rusiya Elm Mərkəzi Sovet dövründən Finlandiyanın paytaxtında yerləşir.

Ev 1957-ci ildə orta məktəb binası kimi tikilib. Mərkəzin açılışı 1977-ci ildə SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıqinin və Finlandiya prezidenti Urho Kekkonenin iştirakı ilə keçirilib. Mərkəzin işi bu gün də davam edir.

Elvin

Ölkə.az

 

Bənzər yazılar

0.066064119338989