HƏMAS razılaşma planını dəyişməyə çalışır

 04-08-2024

HƏMAS hərəkatı Qəzza zolağından girovların azad edilməsi üçün saziş planına onlarla dəyişiklik etməyə çalışır.

"Ölkə.az" xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin verdiyi bəyanatda deyilir.

Bəyanatın İsrail nümayəndə heyətinin danışıqlarla bağlı Qahirədən səfərdən qayıtdıqdan sonra verildiyi bildirilir.

Bəyanatda bildirilir ki, HƏMAS bu planı faktiki olaraq ləğv edəcək gücdə onlarla dəyişiklik etməyə çalışır. Təşkilat minimum sayda girovun azad edilməsi ilə Qəzzə zolağında müharibənin başa çatmasını tələb etməkdə davam edir. Bundan başqa təşkilat həmçinin Qəzza zolağına silah-sursat doldurmaq və nəzarəti bərpa etmək istəyir.

Bənzər yazılar

0.06256103515625